Azərbaycanlı hakimə erməni qiyməti
02.02.2011 - 15:44
Azərbaycanlı hakimə erməni qiyməti
Avropa Həndbol Federasiyası (EHF) beynəlxalq dərəcəli hakimlərimizə yeni təyinat göndərib. Apasport.az saytının məlumatına görə, EHF “Çelenc Cup”da 2 matçın taleyini 4 azərbaycanlı hakimə həvalə edib.

Fevralın 5-də Türkiyədə baş tutacaq qadınlardan ibarət “Muratpaşa Bələdiyyəsi” – “Juvelis” (Portuqaliya) görüşündə ədaləti qorumaq Emil və Ernest Ağakişi qardaşlarına tapşırılıb. Bu matçda hakimlərimizin idarəçiliyinə isə erməni EHF nümayəndəsi – Arsen Mkhitaryan qiymət verəcək. Həmin gün Yunanıstanda keçiriləcək “Arion” – “Zito Prilep” (Makedoniya) oyununu isə Vaqif Əliyev və Ələkbər Ağakişiyev idarə edəcəklər.

Qeyd edək ki, EHF yeganə azərbaycanlı nümayəndəsi olan İsgəndər Əsgərova da həmişəki kimi etimad göstərib. Beynəlxalq qurum “Winners Cup” turnirini çərçivəsində Rumıniyada təşkil ediləcək “Tomis Konstanta” - “Rostov-Don” (Rusiya) matçına inspektor həmyerlimizi təyin edib. Oyun fevralın 4-də keçiriləcək.
0