Türkiyə yığması Azərbaycanla görüşə oyunçu axtarır - FOTO
03.02.2011 - 00:01
Türkiyə yığması Azərbaycanla görüşə oyunçu axtarır - FOTO
Avro-2011-in final mərhələsində Azərbaycan yığmasının rəqibi Türkiyə millisi heyətini yeni voleybolçularla gücləndirəcək. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”ın yeni baş məşqçisi Marko Motta artıq seleksiya işlərinə start verib.

Braziliyalı çalışdırıcı bu məqsədlə 25 gənc voleybolçunu təlim-məşq toplanışına cəlb edib. Əsas komandanın üzvlərinin iştirak etmədiyi hazırlıqda fərqlənəcək voleybolçular yığmanın heyətinə çağırılacaq.
Faiq Qarayevin yetirmələri final mərhələsinin ilk görüşündə - sentyabrın 23-də məhz Türkiyə ilə qarşılaşacaqlar.

Qeyd edək ki, B qrupunda Azərbaycan və Türkiyə ilə yanaşı, İtaliya və Xorvatiya yığmaları da yer alıblar.
0