Gözlənilməz məğlubiyyət
03.02.2011 - 23:43
Bakının “Rabitə” voleybol klubu bu gün Çempionlar Liqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Dejan Brdjoviçin yetirmələri I pley-off mərhələsində Çexiya çempionu “Modranska” ilə qarşılaşıblar.
Görüşün favoriti “Rabitə” hesab olunsa da, qələbəni rəqib qazanıb. Belə ki, qrup üçüncüsü kimi pley-offda mübarizə aparan çexlər ilk setdə məğlub olmalarına baxmayaraq, ardıcıl 2 hissədə qalib gələrək hesabda irəli keçməyi bacarıblar. Lakin bundan sonra özünə gələn voleybolçularımızın oyunda dönüş yaratmaq istəyi isə alınmayıb. Düzdür, Dejan Brdjoviçin yetirmələri IV setdə çətinliklə də olsa qələbə qazanıblar. Amma həlledici hissənin sonlarında onların buraxdıqları səhvlər bütün əziyyətlərini puça çıxarıb. Nəticədə dramatik keçən qarşılaşmanın sonunda “Modranska” 3:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı 1 həftə sonra Bakıda təşkil ediləcək.
“Modranska” – “Rabitə” - 3:2 (19:25, 25:22, 25:19, 23:25, 21:19)
Hakimlər: Arturo Di Giakoma (Belçika), Zorica Bjeliç (Serbiya).

0
0