Piter Qoqa: “Rabitə”ni məğlub etməyin bir yolu var
03.02.2011 - 14:53
Piter Qoqa: “Rabitə”ni məğlub etməyin bir yolu var
“Bu rəqib top-komandalardan biridir. Onların nəticələrinə gəldikdə, bizimkilərdən yaxşı olmalıdır”. Apasport.az saytının məlumatına görə, bu sözlər Çexiyanın “Modranska” klubunun idman direktoru Piter Qoqaya məxsusdur.

Komanda rəsmisi bu gün Çempionlar Liqasının I pley-off mərhələsində “Rabitə”ni sınağa çəkəcək voleybolçularına qələbənin yolunu da göstərib: “Azərbaycan çempionu ilə ilk qarşılaşmada qalib gəlmək bizim üçün çox vacibdir. Onları məğlub etməyin isə bir yolu var. Bunu da komandamız gözəl bilir. Əgər bizim qızlar evdə İtaliya “Villa Korteze”sinə, səfərdə isə Fransa “Kann”ına oynadığı kimi çıxış etsələr, bizim şansımız var. Razıyam, evdə 3:2 hesabı ilə qələbə qazanaq və səfərdə 0:3 hesabı ilə uduzaq. Əsas “Qızıl set”dir. Fikrimcə, bu halda biz II pley-offa ümid edə bilərik”.

Qeyd edək ki, “Modranska” Çempionlar Liqasının qrup mərhələsində “Kann”ı 3:2, “Villa Korteze”ni isə 3:0 hesabı ilə məğlub edib.
0