Yığmamızın üzvü ulduzların oyununda - FOTO
03.02.2011 - 16:46
Türkiyənin Beko liqasında oynayan ulduz basketbollar arasında şou xarakterli görüş keçiriləcək. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”ın ən yaxşıları “legionerlər yığması” ilə qarşılaşacaq.
Fevralın 6-da baş tutacaq matçın gedişində ən yaxşı “3 xallıq” və “fırlanaraq” atış edənlərin də yarışması təşkil ediləcək. Bu mübarizədə Azərbaycan yığmasının üzvü Rasim Başak da qüvvəsini sınayacaq. Türkiyədə “3 xallıq” atış üzrə ad çıxaran milli komandamızın üzvü 6 rəqiblə birgə ən yaxşı adı uğrunda bacarıqlarını nümayiş etdirəcək.
Qeyd edək ki, şouda iştirak edəcək basketbolçular 10 min 940 azarkeşin səsverməsi nəticəsində seçilib.

0
0