Brdjoviç gəlmədi, Çad isə özünü təriflədi
04.02.2011 - 10:10
“Biz müdafiədə rəqibin hücumlarının qarşısını ala bildik. Yetirmələrim onlara qarşı əla blok qurdu və müdafiədə yaxşı oynadılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiyanın “Modranska” klubunun baş məşqçisi Miroslav Çad deyib.
O, Çempionlar Liqasının I pley-off mərhələsində “Rabitə”yə 3:2 hesabı ilə qalib gəldikləri oyuna münasibət bildirib: “Azərbaycanlıların heyətində Sanya Staroviç əla oynadı. Onun əvəzində isə Avropanın ən yaxşı hücumçularından sayılan Natalya Məmmədova öz imkanlarından aşağı çıxış etdi. Biz “Rabitə”nin amerikalı legioneri Kimberli Qlassı yaxşı tanıdığımızdan onun hücumlarının qarşısını məharətlə ala bildik. Qələbə qazanmağımızda heyətdə etdiyim dəyişiklər də özünü doğrultdu”.
“Modranska”nın rəsmi saytının yazdığına görə, “Rabitə”nin baş məşqçisi Dejan Brdjoviç mətbuat konfransına dəvət edilsə də, o gəlməkdən boyun qaçırıb.

0
0