Yığmamızın üzvləri üçün azərbaycanlı hakim
07.02.2011 - 10:30
Yığmamızın üzvləri üçün azərbaycanlı hakim
Avropa Voleybol Konfederasiyası (CEV) Çempionlar Liqasının I pley-off mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, CEV qrup mərhələsindən fərqli, bu dəfə bir azərbaycanlıya etimad göstərib.

Belə ki, həmyerlimiz Eldar Əliyev Moskvada “Dinamo” (Rusiya) – “Skavolini” (İtaliya) görüşünə təyinat alıb. O, fevralın 10-da baş tutacaq cavab matçında macarıstanlı baş hakim Bela Hobora köməklik edəcək.

Qeyd edək ki, bu oyunda yığmamızın 2 üzvü də iştirak edəcək. Milli komandamızın kapitanı Oksana Parxomenkonun şərəfini qoruduğu “Dinamo” ilk qarşılaşmada 2:3 hesabı ilə uduzduğu Natəvan Qasımovanın çıxış etdiyi “Skavolini”dən qisas almağa çalışacaq.
0