15 yaşlı voleybolçu fahişəliyə cəlb edilib - FOTO
07.02.2011 - 13:42
15 yaşlı voleybolçu fahişəliyə cəlb edilib - FOTO
Amerika voleybolunda dəhşətli hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, Kaliforniyadan gələcəyin ulduzu ola biləcək 15 yaşlı idmançı fahişəliyə cəlb edilib. Hazırda gənc idmançı şahid kimi qadın alveri üzrə məhkəməyə dəvət edilib.

Voleybolçu üçün bu dəhşətli əhvalat onun ən yaxın dostlarından birinin dəvəti ilə başlayıb. Adı açıqlanmayan bu oğlanın da böyük ümidlər bəslənilən gənc idmançı olduğu iddia edilir. Həmin insan onu banketə aparmış və digər 4 nəfərlə birlikdə onu zorlayıblar. Bundan sonra voleybolçuya hədə-qorxu gələn “dəstə” bu barədə heç kimə heç nə danışmamağı tövsiyə ediblər.

Gənc qız da bunun üçün müstəntiq qarşısında özünü təqsirkar bilib. Valideynlərinə və polisə məlumat verməyən voleybolçu sui-qəsd etmək fikrinə düşdüyünü də etiraf edib: “Mən həyatda məqsədimi itirdim, özümü çox şərəfsiz hiss etdim. Artıq narkotikə aludə olmuşam. Hətta huşumu itirib küçədə yatıram. Bunun üçün sui-qəsdə cəhd edirəm. Əvvəl mənə hamı gələcəyin ulduzu kimi baxırdısa, indi özümü heç bir yerdə görmürəm”.
0