“İqtisadçı” 1/4 finala çıxdı - YENİLƏNİB
08.02.2011 - 17:38
“İqtisadçı” voleybol klubu bu gün “Çelenc Cup” turnirində növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Jan De Brandtın yetirmələri 1/8 final mərhələsinin cavab matçında Rumıniya təmsilçisi “Stiinta” ilə qarşılaşıb.
İlk görüşdə quru hesablı qələbə qazanan universitet komandası bu dəfə də rumınları məğlub edib. İlk setdə 8 top fərqi ilə qalib gələn voleybolçularımız II hissədə rəqibin müqaviməti ilə qarşılaşıblar. Lakin “Çelenc Cup”la vaxtından əvvəl vidalaşmaq istəməyən “Stiinta” arzusunu həyata keçirə bilməyib. Bu mövsüm turnirdə keçirdiyi 7 görüşdə 1 set belə uduzmayan komandamız rəqibə 26:24 hesabı ilə qalib gələrək, uğurlu seriyasını davam etdirib.
Növbəti hissə də əvvəlki setin təkrarı olub. Lakin bu dəfə rəqib fərqi azaltmağı bacarıb. Setdə qeydə alınan 23:25 hesabı isə “İqtisadçı”nın “Çelenc Cup”da ilk məğlubiyyəti kimi aktivinə yazılıb.
Uğurlu seriyanın qırılması isə “Stiinta”ya baha başa gəlib. “Sərhədçi” Olimpiya Mərkəzinə toplaşan tamaşaçıların alqış sədalarından ruhlanan “İqtisadçı” 1/8 final mərhələsinin cavab oyunun son setində azarkeşlərinə şou göstərib. İlk texniki fasiləyə 7 top öndə yollanan voleybolçularımız yekunda rəqibə cəmi 10 xal güzəştə gedib – 3:1.
Beləliklə, hər 2 matçda qələbə qazanan Jan De Brandtın yetirmələri 1/4 finala vəsiqə qazanıblar. Paytaxt klubunun “Stiinta” ilə cavab görüşü həmçinin yubiley oyununa təsadüf edib. Ötən il avrokuboklarda debüt edən Bakı klubu bu gün beynəlxalq arenada 10-cü görüşünü keçirərək, 8-ci qələbəsini qazanıb.
Qeyd edək ki, növbəti mərhələdə “İqtisadçı”nın rəqibi “Kralovo” (Çexiya) – “Dauphines” (Belçika) cütünün qalibi olacaq. İlk matçda səfərdə 3:1 hesabı ilə qələbə qazanan belçikalıların evdə bu üstünlüyü əldən verəcəkləri isə inandırıcı görünmür.
“İqtisadçı” – “Stiinta”- 3:1 (25:17, 26:24, 23:25, 25:10)
Hakimlər: Marek Lagierski (Polşa), Aleksandr Tubilov (Rusiya)
“Sərhədçi” Olimpiya Mərkəzi

0
0