“Lokomotiv” “Apallon”u da keçdi - YENİLƏNİB
08.02.2011 - 23:25
“Lokomotiv” “Apallon”u da keçdi - YENİLƏNİB
Bakının “Lokomotiv” voleybol klubu növbəti imtahanını Kiprdə verib. Apasport.az saytının məlumatına görə, Draqutin Baltiçin yetirmələri “Çelenc Cup” turnirinin 1/8 final mərhələsinin cavab görüşündə “Apallon”un qonağı olublar.

Voleybolçularımızın Bakıda olduğu kimi, səfərdə də quru hesablı qələbə qazanıblar. Belə ki, ilk setdə kiprli həmkarlarını 25:19 hesabı ilə məğlub edən voleybolçularımız növbəti hissədə rəqibin müqaviməti ilə qarşılaşıb. Lakin hesabda geridə olan “Lokomotiv” sonda effekti hücumlar sayəsində bu fərqi aradan qaldırıb və fasiləyə ikinci dəfə qalib kimi yollanıb – 2:0.

III set isə məğlubiyyətlə barışan rəqib asan təslim olub. Drautin Baltiçin yetirmələri bu dəfə Limassol təmsilçisini 25:19 hesabı ilə məğlub ediblər. Beləliklə, hər 2 qarşılaşmada “Apallon”dan güclü olan “dəmiryolçular” 1/4 final mərhələsində iştirak hüququ qazanıb.

“Çelenc Cup” turnirinin 8 klub ən güclü klubu sırasına vəsiqə qazanan təmsilçimiz yarımfinala yüksəlmək uğrunda “Gent” (Belçika) – “Sçveriner” (Almaniya) cütünün qalibi ilə qüvvəsini sınayacaq. Bu komandalar arasında cavab matçı sabah olacaq.

Qeyd edək ki, “Lokomotiv”dən öncə Bakının “Azərreyl” və “İqtisadçı” klubları da 1/4 finala çıxmışdılar.

“Apallon” – “Lokomotiv” - 0:3 (19:25, 23:25, 19:25)
Hakimlər: Draqo Frank (Çernoqoriya), Vlad Lusian (Rumıniya)
0