Azərbaycan yığması Braziliya ilə oynaya bilər
08.02.2011 - 13:42
Rusiyada keçiriləcək ənənəvi “Yeltsin kuboku”nun başlama vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, hər il təşkil edilən yarış bu il iyul ayında baş tutacaq.
Təşkilatçılar “Yeltsin kuboku”nun reytinqini daha da yüksəltmək üçün turnirə daha səviyyəli komandaları dəvət ediblər. Onlar bildiriblər ki, yarışda Rusiya yığmasından başqa dünya reytinqində ilk “10-luq”da qərarlaşan Braziliya, İtaliya, Çin və Hollandiya yığmaları da Yekaterinburqa səfər edəcəklər.
Sonuncu – 6-cı milli komandanın adı isə hələ dəqiqləşməyib. Bu yığmanın ya Azərbaycan, ya da Ukrayna olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Faiq Qarayevin yetirmələri ötən il analoji yarışda iştirakı planlaşdırsalar da, sonda aparıcı voleybolçularımızın zədələnməsi səbəbindən bundan imtina etmişdilər.

0
0