“Kralovo Pole” Bakıya gəlir
09.02.2011 - 11:49
“Kralovo Pole” Bakıya gəlir
Bakının “İqtisadçı” voleybol klubunun “Çelenc Cup” turnirinin 1/4 final mərhələsində rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Jan De Barndtın yetirmələri yarımfinala yüksəlmək üçün Çexiyanın “Kralovo Pole” komandası ilə münasibətlərinə aydınlıq gətirəcəklər. Universitet komandasının rəqibi 1/4 finala “Qızıl set”də qələbə qazanaraq yüksəlib.

Bu komandalar arasında ilk görüş fevralın 22-24-də Bakıda, cavab matçı isə 1 həftə sonra Brnoda baş tutacaq.

Qeyd edək ki, bu mövsüm “Kralovo Pole” komandası Azərbaycan təmsilçisi ilə qarşılaşacaq 2 Çexiya klubu olacaq. Çempionlar Liqasında mübarizə aparan Super Liqanın qalibi “Rabitə” də pley-offda çexiyalı həmkarları ilə cütlük təşkil edirlər.
0