Yığmamızın kapitanı zədələndi
09.02.2011 - 12:15
Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının kapitanı Oksana Parxomenko zədə problemi ilə üzləşib. Apasport.az saytının məlumatına görə, bu problem əsasən həmyerlimizin çıxış etdiyi Moskva “Dinamo”sunun rəhbərliyini qayğılandırır. Çünki rusiyalıları qarşıda Çempionlar Liqasının pley-off mərhələsində vacib görüş gözləyir. Səfərdə İtaliyanın “Skavolini” komandasına uduzan “Dinamo” doğma divarlar arasında bu heyfi çıxmaqla yanaşı, “Qızıl set”i də qazanmaq arzusundadır.
Lakin Parxomenkonun zədələnməsi bunun reallaşdırması yolunda ciddi problem yaradıb. Klubun baş direktoru Vladimir Ziniçev bildirib ki, yığmamızın kapitanının sağalması üçün bütün güclərini səfərbər ediblər: “Həyat reallığa dəyişiklər edir. Voleybolçular da bundan sığortalanmayıb. Bizim əsas oyunçumuz Oksana Parxomenko zədələnib. Biz onun müalicəsi üçün əlimizdən gələni edirik. Çünki “Skovalini”yə qarşı oyuna kimi bütün qayğılarımız onunla bağlıdır. Hazırda rəhbərlik, məşqçilər heyəti və həkimlər də bu məsələyə diqqət yetirirlər. Aydın məsələdir ki, bu bir çox vacib məsələlərə təsir edir”.
Ziniçevin sözlərinə görə, Parxomenko dirsəyini zədələdiyindən meydanda öz funksiyasını yerinə yetirə bilmir: “Heyətimizdə çıxış edən Azərbaycan yığmasının toppaylayıcısı dirsəyini zədələyib. Ona görə də Oksana öz funksiyalarını yerinə yetirməkdə çətinlik çəkir. Bu bizim üçün çox üzücüdür. Çünki sabah baş tutacaq oyun həlledici olmaqla yanaşı, bizim Çempionlar Liqasında gələcək taleyimizə də təsir göstərəcək”.
Qeyd edək ki, Parxomenko artıq 2-ci mövsümdür Rusiya klubunun şərəfini qoruyur.

0
0