Klublarımızda maliyyə böhranı
09.02.2011 - 14:02
Klublarımızda maliyyə böhranı
Fevralın 16-da kişi həndbolçular arasında Azərbaycan çempionatı start götürəcək. Bu barədə məlumatı apasport.az saytına milli komandanın baş məşqçisi Hikmət Abdullayev verib.

Onun sözlərinə görə, birinciliyin tarixi müəyyənləşsə də, hələ komandaların sayına aydınlıq gəlməyib: “Çempionata neçə klubun qatılacağı dələ dəqiqləşməyib. Lakin o məlumdur ki, yarışda 4 paytaxt komandası qüvvəsini sınayacaq. Düzdür, bölgə komandaları da mübarizəyə qoşulacaqlar. Bizə əyalətlərdən 5 klub müraciət edib. Lakin onların da maliyyə problemləri var. Fikrimcə, çempion adı uğrunda 8 komanda yarışacaq”.

Qeyd edək ki, çempionatın ilk dövrəsinə fevralın 22-də yekun vurulacaq.
0