Milli komandamızın növbəti toplanışının vaxtı müəyyənləşib
10.02.2011 - 09:22
Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışının vaxtı müəyyənləşib. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, almaniyalı baş məşqçi Berti Foqts yığmamızı martın 9-da bir araya gətirəcəyini bildirib. O, həmin müddətdə Bakıda milli üzvləri ilə görüşmək fikrindədir. Bu, Belçika yığması ilə səfərdəki rəsmi oyun öncəsi paytaxtımızda qısa müddətli hazırlıq olacaq. Həmin müddətə kimi Premyer Liqamızda ilk mərhələnin son 3 turu və Azərbaycan kubokunun 14 final oyunları olacaq.
Qeyd edək ki, yığmamız Belçika ilə Avro-2012-nin seçmə mərhələ oyununu martın 29-da keçirəcək.
Mehman SÜLEYMANOV
Qeyd edək ki, yığmamız Belçika ilə Avro-2012-nin seçmə mərhələ oyununu martın 29-da keçirəcək.
Mehman SÜLEYMANOV
0
0