“Əsas ümidimiz “Qızıl set”ədir” - FOTO
10.02.2011 - 10:14
“Fikrimcə, Bakıdakı matç heç də asan olmayacaq. Çünki rəqibimiz məğlubiyyətin əvəzini çıxmaq istəyəcək. Bu amildə isə onlara yerli azarkeş ordusunun böyük köməyi olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiyanın “Modranska” klubunun voleybolçusu Şarka Kubinova deyib.
Çexiya yığmasının da şərəfini qoruyan 23 yaşlı Kubinova bu gün Çempionlar Liqasının I pley-off mərhələsinin cavab oyununda Bakının “Rabitə” komandası ilə keçirəcəkləri görüşə münasibət bildirib: “Azərbaycan çempionu yalnız qələbəyə köklənəcək. Lakin bu heç də bizi qorxutmur. Çünki matçı uduzduğumuz halda belə növbəti mərhələ şansımızı itirmirik. Əsas ümidimiz “Qızıl set”ədir. Bu isə lotereya kimi bir şeydir. İnanıram ki, sonda sevinən tərəf biz olacağıq”.
Qeyd edək ki, “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək oyun saat 17:00-da start götürəcək.

0
0