Azərbaycan çempionunun Polşaya səfərinin vaxtı dəqiqləşdi
14.02.2011 - 10:41
Azərbaycan çempionunun Polşaya səfərinin vaxtı dəqiqləşdi
Bakının “Rabitə” voleybol klubunun Çempionlar Liqasının II pley-off mərhələsində keçirəcəyi ilk görüşün vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Dejan Brdjoviçin yetirmələri fevralın 24-də Polşanın “Bank BPS Fakro” komandasının qonağı olacaqlar. Matçın başlama saatı isə hələ müəyyənləşməyib.

Qeyd edək ki, hazırda Polşa çempionatında I yerdə gedən “Bank BPS Fakro” “Rabitə” ilə Çempionlar Liqasının qrup mərhələsində qarşılaşmış “Aluprof”dan çox güclüdür və hər 2 görüşdə onları məğlub edib.
0