Cavab görüşünün vaxtı dəqiqləşdi
15.02.2011 - 09:41
Cavab görüşünün vaxtı dəqiqləşdi
Bakının “Rabitə” voleybol klubunun Çempionlar Liqasında keçirəcəyi növbəti oyunun tarixi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Dejan Brdjoviçin yetirmələri II pley-off mərhələsində Polşanın “Bank BPS Fakro” komandası ilə cavab qarşılaşmasına martın 3-də çıxacaqlar.
“Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq görüş saat 17:00-da start götürəcək.

Xatırladaq ki, “Bank BPS Fakro” - “Rabitə” oyunu fevralın 24-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
0