“Salo” martın 2-də gələcək
15.02.2011 - 16:30
“Salo” martın 2-də gələcək
“Azərreyl” voleybol klubunun “Çelenc Cup” turnirinin 1/4 final mərhələsində keçirəcəyi görüşlərin tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, bu mərhələdə Finlandiyanın “Salo” komandası ilə qarşılaşacaq Vüqar Əliyevin yetirmələri ilk matçını səfərdə keçirəcəklər. Bu qarşılaşma fevralın 23-də Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

“Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq cavab oyunu isə martın 2-nə təsadüf edəcək. Görüşün start fiti saat 18:00-da veriləcək.
0