Əvvəl “Lokomotiv”, sonra “İqtisadçı”
16.02.2011 - 13:05
Əvvəl “Lokomotiv”, sonra  “İqtisadçı”
Bakının “Lokomotiv” və “İqtisadçı” voleybol klublarının “Çelenc Cup” turnirinin 1/4 final mərhələsində keçirəcəyi oyunların tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, bu mərhələdə Almaniyanın “Şveriner” komandası ilə qarşılaşacaq “dəmiryolçular” ilk matçlarını fevralın 22-də Bakıda keçirəcəklər. “Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq.

Bu komandalar arasında II görüş isə martın 1-də təşkil ediləcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

“İqtisadçı” isə Çexiyanın “Kralova Pole” komandasına qarşı ilk matçını fevralın 23-də keçirəcək. “Lokomotiv” kimi rəqibini Bakıda qəbul edəcək Jan De Brandtın yetirmələri görüşə saat 17:00-da çıxacaqlar.

Cavab qarşılaşması isə martın 2-də Çexiyada olacaq. Bu görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
0