Duyğunun “İqtisadçı”ya keçidi baş tutmadı
16.02.2011 - 13:19
Türkiyə yığmasının voleybolçusu Duyğu Balın “İqtisadçı”ya keçidi baş tutmayıb. Apasport.az saytına məlumatına görə, İtaliyanın “Riso Skotti” komandasının şərəfini qoruyan 24 yaşlı oyunçunun Azərbaycan Super Liqasında çıxış etmək arzusu II dəfə reallaşmayıb. Buna Balla klub arasında müqavilənin şərtlərində razılığa gələ bilməmək səbəb olub.
Qeyd edək ki, müxtəlif yaş qruplarında 100 dəfədən çox “ay-ulduzlu” formanı geyinən 190 sm boya malik voleybolçu mövsümün əvvəlində də “İqtisadçı” klubundan təklif almışdı. Lakin həmin vaxt da razılaşma son anda baş tutmamışdı.

0
0