Turnir cədvəlinə təsir etməyəcək oyunlar
16.02.2011 - 16:35
Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında IX turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, bu görüşlərdən sonra da turnir cədvəlində mövqe dəyişikliyi olacağı inandırıcı görünmür.
İlk görüşdə “Şirvan”la qarşılaşacaq “İqtisadçı”nın rəqibini asan məğlub edəcəyini proqnozlaşdırmaq olar. Əsasən heyətində gənc voleybolçuların yer aldığı debütantın isə sensasiya etməyə artıq gücü qalmayıb. Bunun üçün Super Liqanın bürünc mükafatçısından növbəti quru hesablı qələbə gözləməyə dəyər.
II oyunda meydan “Bakı” və “Rabitə” komandalarının ixtiyarına veriləcək. Bu matçın favoriti Dejan Brdjoviçin yetirmələridir. Yığma komandamızın üzvü Lidiya Maksimenkonu çıxmaq şərti ilə baş məşqçisindən tutmuş əsas heyətdə oynayanlara qədər legionerlərdən qurulan “Bakı”nın aparıcı klublarla bacarmaması bu dəfə bir daha isbatlanacaq. Çünki çempionata hazırlığı da ölkə xaricində keçən paytaxt klubu arxada qalan 8 turda 2 qələbə qazanıb ki, bunlar da zəif “Şirvan”la oyuna təsadüf edib.
Turun sonuncu görüşü - “Lokomotiv” - “Azərreyl” oyununu mərkəzi qarşılaşma adlandırmaq olar. 3-4-cü pillələrdə qərarlaşan bu komandaların duelindən Vüqar Əliyevin yetirmələrinin qələbə qazanacaqlarına ümid böyükdür. Çünki çempionluğu hədəfləyən “Azərreyl” məğlub olacağı halda işini çətinləşdirə bilər. Düzdür, Draqutin Baltiçin gəlişindən sonra baxımlı oyun nümayiş etdirən “Lokomotiv”dən sensasiya da gözləməyə dəyər. Lakin V turda “Rabitə”ni məğlub edən “dəmiryolçular” qələbə qazansa belə rəqibini keçə bilməyəcək.
Qeyd edək ki, oyunlar “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək.
17 fevral
IX tur
14:00. “Şirvan” - “İqtisadçı”
İlk oyun: “İqtisadçı” – “Şirvan” – 3:1 (25:14, 24:26, 25:22, 25:15)
16:00. “Bakı” - “Rabitə”
İlk oyun: “Rabitə” – “Bakı” – 3:0 (25:20, 25:19, 25:17)
18:00. “Lokomotiv” - “Azərreyl”
İlk oyun: “Azərreyl” – “Lokomotiv” – 3:0 (28:26, 25:13, 27:25)

1 | Rabitə | 8 | 6 | 2 | 20-8 | 14 |
2 | İqtisadçı | 8 | 6 | 2 | 20-8 | 14 |
3 | Azərreyl | 8 | 6 | 2 | 19-8 | 14 |
4 | Lokomotiv | 8 | 3 | 5 | 12-18 | 11 |
5 | Bakı | 8 | 2 | 6 | 8-18 | 10 |
6 | Şirvan | 8 | 1 | 7 | 4-23 | 9 |
0
0