Liderlərdən növbəti zərbə - YENİLƏNİB
17.02.2011 - 19:16
Liderlərdən növbəti zərbə - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında IX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya Mərkəzində baş tutan görüşlərdə çempionatın liderləri növbəti qələbələrini qazanıblar.

İlk görüşdə “Şirvan”la qarşılaşan “İqtisadçı” rəqibini asanlıqla məğlub edib. Jan De Brandtın yetirmələri gözlənildiyi kimi quru hesabla qalib gələrək, xallarının sayını 16-ya çatdırıblar.

Növbəti matçda “Bakı” və “Rabitə” münasibətlərinə aydınlıq gətiriblər. Bu qarşılaşmada da son Azərbaycan çempionu qələbə qazanmaqda çətinlik çəkməyib. İlk 2 setdə 25:18 hesabı ilə rəqibini məğlub edən “Rabitə” sonuncu hissədə “Bakı”ya cəmi 14 xal güzəştə gedib.

Turun mərkəzi qarşılaşmasında isə “Azərreyl” “Lokomotiv”i sınağa çəkib. 3-4-cü pillələrdə qərarlaşan bu komandaların duelində Vüqar Əliyevin yetirmələri 2-ci dəfə rəqibindən 2 xal almağı bacarıblar.

Beləliklə, IX turda baş tutan 3 görüşdən sonra turnir cədvəlində dəyişiklik baş verməyib.

17 fevral
IX tur
“Şirvan” - “İqtisadçı” - 0:3 (20:25, 17:25, 6:25)
İlk oyun: “İqtisadçı” – “Şirvan” – 3:1 (25:14, 24:26, 25:22, 25:15)

“Bakı” - “Rabitə” - 0:3 (18:25, 18:25, 14:25)
İlk oyun: “Rabitə” – “Bakı” – 3:0 (25:20, 25:19, 25:17)

“Lokomotiv” - “Azərreyl” - 0:3 (13:25, 12:25, 22:25)
İlk oyun: “Azərreyl” – “Lokomotiv” – 3:0 (28:26, 25:13, 27:25)

1

Rabitə

9

7

2

23-8

16

2

İqtisadçı

9

7

2

23-8

16

3

Azərreyl

9

7

2

22-8

16

4

Lokomotiv

9

3

6

12-21

12

5

Bakı

9

2

7

8-21

11

6

Şirvan

9

1

8

4-26

10

0