“Rabitə”nin taleyi Vim Kambreyə həvalə edildi
19.02.2011 - 10:35
Qadın voleybolçular arasında Çempionlar Liqasının II pley-off mərhələsinin ilk matçlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) Polşada keçiriləcək “Bank BPS Fakro” – “Rabitə” (Azərbaycan) oyununun taleyini belçikalı Vim Kambreyə həvalə edib. Matçda II hakim funksiyasını isə rumıniyalı Mirel Dorin Zaharesku yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan çempionunun “Bank BPS Fakro” ilə səfərdə keçirəcəyi görüş fevralın 24-də Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan çempionunun “Bank BPS Fakro” ilə səfərdə keçirəcəyi görüş fevralın 24-də Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
0
0