“Rabitə” səfərdə yaxşı oynaya bilmir”
19.02.2011 - 13:44
“İlk oyun çox çətin olacaq. Lakin heç bir komanda məğlubedilməz deyil”. Apasport.az saytının məlumatına görə, bu sözlər Polşanın “Bank BPS Fakro” klubunun voleybolçusu Anyeşka Şrutovskaya məxsusdur.
Fevralın 24-də Çempionlar Liqasının II pley-off mərhələsinin ilk qarşılaşmasında “Rabitə” Polşaya səfər edəcək. Qrup mərhələsində Polşanın digər klubu – “Aluprof”a səfərdə uduzan Dejan Brdjoviçin yetirmələri bu məğlubiyyətin qisasını onların həmyerlilərindən almağa çalışacaqlar.
Şrutovska bildirib ki, buna imkan verməyəcəklər: “Rabitə”nin oyunlarını analiz etmişik. Onlar səfərdə heç də uğurlu çıxış etmirlər. Biz də bundan yararlanmağa çalışacağıq. Kifayət qədər güclü heyətimiz var. Fikrimcə, gərgin keçəcək oyundan qalib biz ayrılacağıq. İstəmirik ki, burada uduzub, Bakıda qələbə qazanmağa çalışaq. Çünki “Qızıl set” lotereya kimi bir şeydir. Bunun üçün hər 2 matçda qalib gəlmək lazımdır”.
Qeyd edək ki, “Rabitə” bu mövsüm Çempionlar Liqasında səfərdə keçirdiyi 4 matçdan 3-də uduzub.

0
0