Azərbaycan çempionatında yeni reqlament
19.02.2011 - 14:27
Azərbaycan çempionatında yeni reqlament
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının növbəti mərhələsi yeni reqlamentlə keçiriləcək. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, martın 7-də II dövrə başa çatdıqdan sonra ilk 2 pillədə qərarlaşacaq komandalar istirahət edəcəklər.

Pley-off mərhələsində turnir cədvəlində 3-cü pilləni tutan 6-cı yerlə, 4-cü pillənin sahibi isə 5-ci olacaq komanda ilə münasibətinə aydınlıq gətirəcək. Bu klublar arasında mübarizə 2 qələbəyə kimi davam edəcək. Cütlüklərin qalibləri növbəti mərhələyə yüksələcək və ilk 2 yerin sahibi ilə yenidən qarşılaşacaqlar. Dairəvi sistem üzrə baş tutacaq oyunlarda əvvəlki mərhələlərdə yığılan xallar nəzərə alınmayacaq. Burada keçiriləcək 3 turda ən çox xal yığan komanda isə çempion adını qazanacaq.

Xatırladaq ki, əvvəlki reqlamentə əsasən turnir cədvəlində son 2 pillənin sahibi çempionatla vidalaşırdı.
0