“Azərreyl” üçün çexiyalı
19.02.2011 - 15:18
Qadın voleybolçular arasında “Çelenc Cup” turnirinin 1/4 final mərhələsinin ilk oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu mərhələdə mübarizə aparan Bakının “Azərreyl”, “Lokomotiv” və “İqtisadçı” klublarını görüşə çıxacaq referilər müəyyənləşib.
Avropa Voleybol Konfederasiyası fevralın 22-də Bakıda keçiriləcək “Lokomotiv” – “Şviriner” (Almaniya) görüşünü rusiyalı Maksim Berdnikova tapşırıb. Ona köməkliyi isə avstriyalı Helmut Çrişinq edəcək.
Bu oyundan 1 gün sonra “Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq “İqtisadçı” – “Kralovo Pole” (Çexiya) qarşılaşmasında isə əsas fut sahibi Bayram Dikməntəpə (Türkiyə) olacaq. Bu oyunda II hakim funksiyasını isveçrəli Kristian Volf yerinə yetirəcək.
Bakı klublarından yalnız “Azərreyl” səfərdə oynayacaq ki, onların da Finlandiyanın “Salo” komandası ilə matçına Vlastimil Kovar (Çexiya) və Marek Lagyerski (Polşa) təyinat alıblar. Bu görüş də fevralın 23-də olacaq.

0
0