“O, bəlkə də milli komandamızda oynadı” - MÜSAHİBƏ
22.02.2011 - 12:27
Basketbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Elxan Əliyevin apasport.az saytına müsahibəsi
- Milli komandamız ilin ilk təlim-məşq toplanışına başlayıb. Hazırlığın yanvarda keçirilməsi nəzərdə tutulsa da, bir qədər gecikdi. Hazırda məşqlər necə gedir?
- Azərbaycan çempionatının II dövrəsi yenicə başa çatıb. Bunun üçün basketbolçuların hazırlığı demək olar yaxşı səviyyədədir. Təlim-məşq toplanışı martın 13-14-ə kimi davam edəcək. Ondan sonra qismət olsa, beynəlxalq turnirə qatılacağıq. Bu yarış Qırğızıstanda olacaq ənənəvi “Novruz kuboku”dur. Bişkekdə ev sahibləri ilə yanaşı, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və 1 ABŞ klubu da qüvvəsini sınayacaq.
- Ötən il analoji yarışda qızıl medala sahib olmuşdunuz. Əgər bu dəfə də Qırğızıstana yollansanız, eyni uğuru təkrarlaya biləcəksinizmi?
- Bunu indidən demək bir qədər çətindir. Lakin yenə qalib adını qazana bilərik. Gözəl kollektiv formalaşıb və bu uşaqlarla oradan medalla qayıtmaq gücündəyik.
- Amma hazırlıqda milli komandamızın aparıcı üzvləri – Rasim Başak, Aleksandr Rındin və Çarlz Deviz iştirak etmirlər. Bu, yığmanın oyununa təsir etməyəcək ki?
- Düzdür, istəyirdik ki, onlar da toplanışa qatılsınlar. Amma mümkün deyil. Onların Türkiyədə çıxış etdikləri klubların vacib oyunları var. Lakin Aleksandr Rındini də özümüzlə aparmaq niyyətindəyik. Çünki “Türk Telekom”un II komandasında oynayır və meydana da az-az çıxır. Cəmi 3-4 dəqiqə mübarizə aparır. Bunun üçün türklərlə əlaqə saxlayıb, Aleksandrı 10 günlük buraxmağı xahiş edəcəyik. Çalışırıq ki, 7 günlük turnirdə heyətimizdə olsun. Onunla bərabər, eyni komandada forma geyinən Orxan Hacıyevanı da hazırlığa cəlb etmək niyyətindəyik.
- Rındının “Türk Telekom”da, özü də II komandasında az oynamasının səbəb nədir? Baş məşqçi kimi bu problemlə maraqlanmısınız?
- Aleksandrı mən daim diqqətdə saxlayıram. Çünki yığmamıza çox fayda verə biləcək basketbolçudur. Lakin mən də başa düşə bilmirəm ki, 225 sm boyu olan Rındini niyə ehtiyatda saxlayırlar? Düzdür, o Türkiyəyə yollandıqdan sonra zədələndi. 2,5 ay meydana çıxmadı və nəticədə də belə oldu. Ancaq “Türk Telekom” onun köməyindən yararlana bilər.
- Milli komandamızı qarşıda ciddi sınaq gözləyir. Yığmamız Avropa çempionatının B divizionunun II dövrəsində uğurunu davam etdirmək istəyir. Bəs Aleksandrın oyun təcrübəsinin olmaması sonra problem yaratmayacaq ki? Bəlkə onu rəhbərlik etdiyiniz “Qala” klubuna dəvət edəsiniz?
- Bilirsiniz, Rındinin milli komandada oyunu çox gözəl alınır. O, Albaniya və Rumıniya ilə görüşlərdə yığmamıza çox böyük xeyir verdi. Bəlkə də onun Tahir Baxşiyev, Zaur Paşayev və Fuad Niftəliyevlə oyunu yaxşı alınır. Amma biz bunun üçün Aleksandrı “Qala”ya gətirə bilmərik. Çünki o, Azərbaycanda Türkiyədəki kimi maaş ala bilməyəcək. Əsas məsələ də budur. Biz də istəyirik ki, basketbolçularımız yüksək əmək haqqı alsınlar və problemləri az olsun. Rındin bizim klublarda yaxşı pul alsaydı, nə Rusiyaya, nə də Türkiyəyə gedərdi.
- Orxan Hacıyevanın məsələsi nə yerdədir? O, ötən il apasport.az saytına müsahibəsində hələ seçim etmədiyini bildirmişdi. Hazırda Azərbaycan yığmasına gəlməyə razılıq veribmi?
- Onunla bir daha söhbət edəcəyik. Bəlkə də milli komandamızda oynadı. Amma bunun üçün ilk növbədə onun atasında icazə almalıyıq. Yəqin ki bundan sonra razılıq olsun.

0
0