“Azərreyl”lə danışıb, “Lokomotiv”ə keçdi
22.02.2011 - 17:50
“Azərreyl”lə danışıb, “Lokomotiv”ə keçdi
“Lokomotiv” voleybol klubu növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” İsrail yığmasının üzvü İnessa Birman-Visotskinin keçidini həll ediblər.

Serbiyalı mütəxəssis Draqutin Baltiçin kluba baş məşqçi seçilməsindən sonra rəsmiləşən ilk transferlə mövsümün sonunacan müqavilə imzalanıb. Əslən rusiyalı Birman-Visotskinin “Lokomotiv”ə İsrailin “Raanana” komandasından transfer olunub.

O, bu gün Almaniyanın “Şviriner” klubu ilə oyunda “Çelenc Cup”da debüt edə bilər. 33 yaşlı voleybolçunun adı artıq sifariş ərizəsinə daxil edilib.

Qeyd edək ki, Birman-Visotskinin “Azərreyl”ə keçəcəyi gözlənilsə də, o son anda “Lokomotiv”lə müqavilə imzalayıb.
0