Son anda sifariş
22.02.2011 - 18:03
Son anda sifariş
Bakının “İqtisadçı” voleybol klubu “Çelenc Cup” turnirinin 1/4 final mərhələsində yenicə transfer etdiyi İliyana Duqandziçin xidmətindən yararlana biləcək. Apasport.az saytının məlumatına görə, sabah Çexiyanın “Kralovo Pole” komandasını qəbul edəcək universitet komandası son anda Xorvatiya yığmasının üzvünün adını sifariş ərizəsinə daxil edə bilib.

Lakin 30 yaşlı Duqandziçin ilk “altılıqda” meydana çıxacağı inandırıcı görünmür. Çünki “İqtisadçı”nın kifayət qədər oturuşmuş heyəti var.

Qeyd edək ki, “İqtisadçı” İliyana ilə bərabər, Yaima Ortis Çarronu transfer etsə də, Kuba yığmasının üzvü komandaya yalnız Super Liqada kömək edə biləcək. Çünki o, “Omiçka”nın heyətində “Çelenc Cup”da mübarizə aparıb.
0