“Bakıdakı qarşılaşma çox çətin alındı”
23.02.2011 - 12:48
“Bakıdakı qarşılaşma çox çətin alındı”
“Bakıdakı qarşılaşma çox çətin alındı. Rəqib açıq-aşkar bizdən əla oyun nümayiş etdirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Şviriner” klubunun məşqçisi Ture Aleksandersen deyib.

43 yaşlı norveçli mütəxəssis “Çelenc Cup” turnirinin 1/4 final mərhələsinin ilk matçında Bakının “Lokomotiv” klubuna 0:3 hesabı ilə uduzduqları görüşə münasibət bildirib: “Komandamız çox zəif oynadı. Lakin hələ mübarizə başa çatmayıb. Almaniyada cavab matçı keçirəcəyik. Burada qalib gələrək, “Qızıl set”ə ümid edə bilərik. Bunun üçün komandamızın adını yarımfinaldan silmək tezdir. Çünki evdə özümüzü yaxşı tərəfdən göstərəcəyimizə inanıram”.

Qeyd edək ki, “Lokomotiv”i martın 1-də qəbul edəcək “Şviriner” “Çelenc Cup”da ilk məğlubiyyətini Bakıda alıb.
0