“Biz həqiqətən çox əla oynadıq” - FOTO
24.02.2011 - 10:40
“Matçın belə gərgin keçəcəyi gözləmirdik. Oyun bizim üçün çox ağır oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Azərreyl”in hücumçusu Polina Rəhimova deyib.
Bakı klubunun 21 yaşlı voleybolçusu “Çelenc Cup” turnirinin 1/4 final mərhələsinin ilk matçında komandasının bombardiri olub. Finlandiyada “Salo” ilə keçirilən oyunda “Azərreyl”ə 28 xal qazandıran Rəhimova bildirib ki, rəqibə düzgün taktika sayəsində qalib gəliblər: “Biz həqiqətən çox əla oyun nümayiş etdirdik. Bunun nəticəsində uğurlu qələbə qazandıq. Düzdür, zala çox azarkeş toplaşmışdı. Lakin bizim 2 set uduzmağımızda onların heç bir rolu olmadı. Çünki biz belə abı-havaya öyrəşmişik. Bakıda hər matça çoxlu voleybolsevər gəlir. Bunun üçün bu bizə sürpriz olmadı”.

0
0