“Rabitə” səfər sindromunu qırdı - YENİLƏNİB
24.02.2011 - 22:23
“Rabitə” voleybol klubu bu gün Çempionlar Liqasının II pley-off mərhələsində ilk matçına çıxıb. Apasport.az saytının məlumatına görə, komandamız Polşada “Bank BPS Fakro”nun qonağı olub.
Dejan Brdjoviçin yetirmələri səfərdə ardıcıl 3 məğlubiyyətdən sonra bu dəfə sindromu qırmağı bacarıblar. Belə ki, oyun polşalıların üstünlüyü ilə start götürsə də, “Rabitə” ilk setin sonlarında təşəbbüsə yiyələnib. Bunun nəticəsi olaraq, I hissəni çətinliklə aktivinə yazan voleybolçularımız ikinci setdə elə də əziyyət çəkməyiblər – 25:21.
Növbəti hissədə məğlubiyyətlə barışmaq istəməyən “Bank BPS Fakro” fərqi azaltmağa çalışsa da, arzusunu reallaşdıra bilməyib. 24 dəqiqə davam edən setdə rəqibini 25:19 hesabı ilə məğlub edən komandamız ilk matçında quru hesabla qalib gəlib.
Beləliklə, Çempionlar Liqasının qrup mərhələsində ilk dəfə Polşanın “Aluprof” komandasına uduzan “Rabitə” növbəti səfər qələbəsini məhz bu ölkədə qazanıb.
Qeyd edək ki, son Azərbaycan çempionu “Bank BPS Fakro” ilə cavab martın 3-də keçiriləcək.
“Bank BPS Fakro” – “Rabitə” - 0:3 (23:25, 21:25, 19:25)
Hakimlər: Vim Kambre (Belçika), Mirel Dorin Zaharesku (Rumıniya)

0
0