De Karne: Polina Rəhimova super oynadı
24.02.2011 - 12:40
De Karne: Polina Rəhimova super oynadı
“Əla oyun alındı. Salona toplaşan azarkeşlər gözəl və baxımlı voleybol izlədilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Finlandiyanın “Salo” komandasının voleybolçusu Virdjiniya De Karne deyib.

Finlandiya yığmasının da şərəfini qoruyan 33 yaşlı voleybolçu “Çelenc Cup” turnirinin 1/4 final mərhələsində “Azərreyl”ə 2:3 hesabı ilə uduzduqları görüşün ən yaxşısı seçilib. 36 dəqiq zərbə ilə bombardir adını qazanan De Karnenin “Salo”nun məğlubiyyətini həzm edə bilmir: “Biz oyuna yaxşı başlamışdıq. Lakin matçın sonlarda ilk setlərdə oynadığımız kimi çıxış edə bilmədik. Uduzmağımıza baxmayaraq, çox maraqlı oyun alındı. Fikrimcə, hamı bu matçdan həzz aldı. Rəqibin heyətində isə gənc Polina Rəhimova super oynadı. Artıq bu məğlubiyyəti unudub, Bakıdakı görüşü düşünməliyik”.
0