“Rabitə”nin ən yaxşısı – FOTO
25.02.2011 - 00:08
“Rabitə”nin ən yaxşısı – FOTO
Çempionlar Liqasının II pley-off mərhələsinin “Bank BPS Fakro” (Polşa) - “Rabitə” (Azərbaycan) qarşılaşmasında ən çox xal toplayan voleybolçu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Polşada keçirilən ilk matçın bombardiri komandamızın serbiyalı legioneri Nataşa Krsmanoviç olub. O, aktivinə 16 xal yazdırıb.

“Rabitə”nin 3:0 hesabı ilə qalib gəldiyi oyunda Natalya Məmmədova 15, Mira Qoluboviç 8, Sanya Staroviç 7, Kimberli Qlass və Olqa Ativi hərəyə 6, İrina Jukova isə 2 dəqiq zərbə vurublar.

“Bank BPS Fakro”da isə Coanna Kaczor fərqlənib. O, Krsmanoviçdən 1 xal az toplayıb - 15.
0