“Səfərdəki qələbəmiz “Dördlər finalı”na yüksəlmək deyil”
25.02.2011 - 11:00
“Mən komandama inanırdım. Onlara təşəkkür edirəm ki, belə vacib oyunda layiqli qələbə qazandılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Rabitə” voleybol klubunun baş məşqçisi Dejan Brdjoviç deyib.
Serbiyalı mütəxəssis Çempionlar Liqasının II pley-off mərhələsinin ilk matçında Polşanın “Bank BPS Fakro” komandasına 3:0 hesabı ilə qalib gəldikləri oyuna münasibət bildirib: “Biz Polşaya qələbə qazanmaq üçün gəlmişdik. Sevindirici haldır ki, bunu bacardıq. Amma bu hələ “Dördlər finalı”na yüksəlmək deyil. Rəqibimiz çox güclü komandadır. Hər şeyə Bakıda aydınlıq gələcək”.
Qeyd edək ki, “Rabitə” - “Bank BPS Fakro” qarşılaşması martın 3-də keçiriləcək.

0
0