“Rabitə”nin ən yaxşı oyunu bizə qarşı oldu”
25.02.2011 - 11:37
“Gözlənilməz məğlubiyyətlə qarşılaşdıq. Oyunun bu hesabla başa çatacağını gözləmirdik”. Apasport.az saytının məlumatına görə, bu sözlər Polşanın “Bank BPS Fakro” voleybol klubunun baş məşqçisi Boqdan Servinskiyə məxsusdur.
Polşalı çalışdırıcı Çempionlar Liqasının II pley-off mərhələsində Bakının “Rabitə” klubuna 0:3 hesablı məğlubiyyətə münasibət bildirib: “Bizim oyunumuz alınmadı. “Rabitə”nin ən yaxşı oyunu bizə qarşı oldu və onlar layiqli qələbə qazandı. Amma biz hələ şansımız itirməmişik. Martın 3-də Bakıda cavab oyunu var”.

0
0