“Azərreyl” üçün tanış sima
28.02.2011 - 10:40
“Çelenc Cup” turnirinin 1/4 final mərhələsinin cavab oyunlarının idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası bu mərhələdə qüvvəsini sınayan Bakı “Lokomotiv”inin səfərdə Almaniya “Şviriner”i ilə duelinin taleyini italiyalı Gianni Bartoliniyə tapşırıb. Martın 1-də baş tutacaq oyunda köməkçi hakim funksiyasını Mark Bloemhard (Hollandiya) yerinə yetirəcək.
Bu qarşılaşmadan 1 gün sonra keçiriləcək “Kralova Pole” (Çexiya) – “İqtisadçı” (Azərbaycan) görüşünü isə Marçin Herbik (Polşa) və Cerard Reynolds (İrlandiya) idarə edəcəklər.
“Lokomotiv” və “İqtisadçı”dan fərqli, “Azərreyl” cavab matçına Bakıda çıxacaq. Martın 2-də Finlandiyanın “Salo” komandasını sınağa çəkəcək Vüqar Əliyevin yetirmələrinin görüşündə əsas fit sahibi rumıniyalı Lucian Vlad olacaq. Ona köməkliyi isə latviyalı Kaspars Timermanis edəcək.
Qeyd edək ki, Vlad bu mövsüm “Azərreyl”in görüşünə II dəfə təyinat alıb. Rumıniyalı ədalət təmsilçisi Bakı klubunun II təsnifat mərhələsində Yunanıstan “Markopolo”su ilə keçirilən cavab oyununda da referilik etmişdi.

0
0