Çempionumuzun oyununu latviyalı idarə edəcək
01.03.2011 - 09:51
Qadın voleybolçular arasında Çempionlar Liqasının II pley-off mərhələsinin cavab görüşlərini idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) martın 3-də Bakıda baş tutacaq “Rabitə” - “Bank BPS Fakro” (Polşa) matçında ədaləti qorumağı latviyalı Ritvars Alksnisə tapşırıb. Ona köməkçi hakim kimi isə Yuri Bakunoviç (Belarus) təyin edilib.
Qeyd edək ki, Azərbaycan Super Liqasının qalibi “Rabitə” ilk görüşdə rəqibinə 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan Super Liqasının qalibi “Rabitə” ilk görüşdə rəqibinə 3:0 hesabı ilə qalib gəlib.
0
0