“Bakıda təsadüfən uduzduğumuzu sübut etməliyik” - FOTO
01.03.2011 - 10:20
“Bakıda təsadüfən uduzduğumuzu sübut etməliyik” - FOTO
“Biz bu gün meydana yalnız 1 məqsədlə çıxacağıq. Qələbə qazanmaq və oyunu “Qızıl set”ə daşımaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Şviriner” klubunun məşqçisi Ture Aleksandersen deyib.

“Çelenc Cup” turnirinin 1/4 final mərhələsinin cavab görüşündə bu gün Azərbaycanın “Lokomotiv” komandasını qəbul edəcək almanlar yarımfinala çıxacaqlarına inanırlar. “Şviriner”in norveçli çalışdırıcısı bildirib ki, növbəti mərhələyə yüksəlmək yetirmələri üçün çətin olmayacaq: “Bakıdakı məğlubiyyətin revanşını almağı planlaşdırırıq. Artıq rəqibin gücünə bələdik. Onlara necə qalib gəlməyin taktikasını cızmışıq. Fikrimcə, bu çətin olmayacaq. Amma “Qızıl set”in bir qədər çətin olacağını deyə bilərəm. Çünki bu bir növ lotereyadır. Bakıda təsadüfən uduzduğumuzu sübut etməyə çalışacağıq”.

Qeyd edək ki, “Sərhədçi” Olimpiya Mərkəzində baş tutan ilk matçda “Lokomotiv” “Şviriner”ə 3:0 hesabı ilə qalib gəlib. Bu isə almanların cari mövsümdə ilk məğlubiyyəti olub.
0