“Elə atmosfer yaradacağıq ki...”
01.03.2011 - 16:20
“Biz səfərdəki atmosferi unuda bilmirik. Rəqib bizim üçün əla “hədiyyə” hazırlamışdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Şviner” klubunun voleybolçusu Nadya Şaus deyib.
27 yaşlı blok oyunçusu bildirib ki, komandası bu gün “Çelenc Cup” turnirinin 1/4 final mərhələsinin cavab matçında Bakının “Lokomotiv” klubunu məğlub edəcək gücündədir. Onun sözlərinə görə, belə hallar çox olub: “Bu mövsüm bir neçə komanda səfərdə uduzsa da, evdə qalib gəlib və “Qızıl set”lə də mərhələ adlayıb. Biz bunu niyə bacarmayaq? Təbii ki, hər şeyə axşam aydınlıq gələcək. Rəqibin heyətində çoxlu sayda əcnəbi çıxış edir. Fikrimcə, onları burada təəccübləndirəcəyik. Çünki bu gün arenada elə atmosfer yaradacağıq ki, “Lokomotiv” bunu heç vaxt görməyib”.
Qeyd edək ki, matçın başlamasına təxminən 5 saat qalsa da, hələ 800 bilet satılıb.

0
0