Baş tutmayan planlar
02.03.2011 - 10:02
Baş tutmayan planlar
“Bizim planlarımız baş tutmadı. Ən pis halda, qələbə qazanmaq istəyirdik. Amma alınmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Şviriner” klubunun məşqçisi Ture Aleksandersen deyib.

Norveçli mütəxəssis “Çelenc Cup” turnirinin 1/4 final mərhələsinin cavab oyununda Bakının “Lokomotiv” klubuna 2:3 hesablı məğlubiyyətə münasibət bildirib: “Bu mərhələyə kimi çıxışımız əla gedirdi. Uduzmaq nə olduğunu bilmirdik. Lakin bu dəfə çox güclü rəqiblə qarşılaşdıq və onların heyətində yer alan təcrübəli voleybolçular cütün taleyini həll etdilər. Düzdür, hər 2 komandanın ifasında gözəl matç izlədik. Mən yetirmələrimdən belə oyun gözləmirdim”.

Qeyd edək ki, ilk görüşdə də “Şviriner”i 3:0 hesabı ilə məğlub edən “Lokomotiv” yarımfinal vəsiqə qazanıb.
0