“Azarkeşlərimiz Bakıdakı atmosferi yarada bilmədilər”
02.03.2011 - 10:45
“Azarkeşlərimiz Bakıdakı atmosferi yarada bilmədilər”
“Qələbə qazana bilərdik. Lakin bəxt bizdən üz döndərdi”. Apasport.az saytının məlumatına görə, bunu Almaniyanın “Şviriner” voleybol klubunun kapitanı Culiya Raklaff deyib.

O bildirib ki, “Çelenc Cup” turnirinin 1/4 final mərhələsinin cavab matçında da Bakının “Lokomotiv” klubuna səhvləri səbəbindən uduzublar: “İlk oyunda məğlubiyyətdən sonra ikinci qarşılaşmaya yaxşı köklənmişdik. Onun da bizim üçün yaxşı başladı. 2 dəfə hesabda irəli çıxdıq – 1:0, 2:1. Lakin... Bu isə o deməkdir ki, səhvlərimiz üzərində işləməliyik. Düzdür, daha yaxşı oynaya bilərdik. Amma rəqib buna imkan vermədi. Bununla yanaşı, azarkeşlərimiz Bakıdakı atmosferi də yarada bilmədilər”.

Qeyd edək ki, Bakıda keçirilən matçda “Şviriner”i 3:0 hesabı ilə məğlub edən “Lokomotiv” cavab qarşılaşmasında 3:2 hesabı ilə qalib gəlib.
0