Aleksandr Rındin yenə Azərbaycan yığmasından kənarda qaldı
02.03.2011 - 15:36
Aleksandr Rındin yenə Azərbaycan yığmasından kənarda qaldı
Basketbol üzrə Azərbaycan yığması Qırğızıstana legionersiz yollanacaq. Milli komandamızın baş məşqçisi Elxan Əliyevin apasport.az verdiyi məlumata görə, bu ölkədə keçiriləcək “Novruz kuboku”nda yalnız Azərbaycan çempionatında çıxış edən basketbolçular mübarizə aparacaq.

O bildirib ki, Türkiyənin “Türk Telekom” komandasının əvəzedicilərinin heyətində çıxış edən Aleksandr Rındin və Orxan Hacıyevanı da Asiyaya aparmaq istəsələr də, klub onları buraxmayıb: “Biz onlardan çox xahiş etsək də, bu mümkün olmadı. Çünki “Türk Telekom” pley-offa vəsiqə qazandığından, yığmamızın üzvlərinin məşqlərdə iştiraklarını vacib saydılar”.

Qeyd edək ki, “Novruz kuboku” martın 17-21-də keçiriləcək. Burada ev sahibləri yanaşı, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Tacikistan və Amerika klublarından birinin iştirakı dəqiqləşib. Basketbolçularımız səfərə martın 15-də yollanacaqlar.
0