Çempionumuz üçün uğurlu statistika
02.03.2011 - 17:24
Çempionumuz üçün uğurlu statistika
Bakının “Rabitə” voleybol klubu sabah Çempionlar Liqasının II pley-off mərhələsində cavab matçını keçirəcək. Apasport.az saytının məlumatına görə, Dejan Brdjoviçin yetirmələri Polşa “Bank BPS Fakro”sunu sınağa çəkəcəklər.

“Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək qarşılaşmanın favoriti “Rabitə”dir. Çünki Bakı komandası bu mövsüm paytaxta keçirdiyi bütün qarşılaşmalardan qalib ayrılıb.

Klubun tarixinə nəzər saldıqda da onların paytaxtımızda məğlubedilməz olduğunu görərik. 2007/2008-ci illər mövsümündə Avrokubokda debüt edən “rabitəçilər” indiyə kimi evdə keçirdikləri 16 qarşılaşmadan cəmi 4-də uduzublar. Bunun üçün səfərdə “Bank BPS Fakro”nu 3:0 hesabı ilə məğlub edən komandamızın qələbə sayını 13-ə çatdıracağını gözləmək olar.

Bundan əlavə, rəqibin set alması da asan olmayacaq. Çünki Bakıda 41 hissəni aktivinə yazan “Rabitə” cəmi 17 setdə məğlubiyyətlə üzləşib. Onların 4 oyunda uduzmasını nəzərə alsaq, voleybolçularımız digər 12 matçda rəqibinə cəmi 5 hissə güzəştə gedib.

Qeyd edək ki, “Rabitə” - “Bank BPS Fakro” matçı saat 17:00-da start götürəcək.
0