Əfsanəvi məşqçinin Bakıya gələcəyi dəqiqləşdi
02.03.2011 - 23:30
Əfsanəvi məşqçinin Bakıya gələcəyi dəqiqləşdi
Bakının “Azərreyl” voleybol klubunun “Çelenc Cup” turnirinin yarımfinal mərhələsindəki rəqibinin adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Vüqar Əliyevin yetirmələri finala vəsiqə qazanmaq üçün Rusiyanın “Uraloçka” komandası ilə münasibətlərinə aydınlıq gətirəcəklər.

Voleybolçularımız Yekaterinburq klubu ilə ilk görüşlərini martın 15-i və ya 16-da Bakıda, cavab matçını isə 19-u və ya 20-də səfərdə keçirəcəklər.

Qeyd edək ki, əfsanəvi məşqçi Nikalay Karpolun rəhbərlik etdiyi “Uraloçka” 1/4 finalda İspaniyanın “Malyorka” komandasına hər 2 qarşılaşmada 3:0 hesabı ilə qalib gəlib.
0