Bakı klubunun braziliyalı legioneri ən güclü oldu
03.03.2011 - 00:13
Bakı klubunun braziliyalı legioneri ən güclü oldu
“Çelenc Cup” turnirinin 1/4 final mərhələsində “Azərreyl” (Azərbaycan) – “Salo” (Finlandiya) görüşünün ən yaxşı voleybolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya Mərkəzində təşkil edilən oyunun qəhrəmanı komandamızın üzvü Paulino De Souza Pereyra olub. Braziliyalı legioner 3:0 hesabı ilə “Azərreyl”in xeyrinə başa çatan qarşılaşmada komandamıza 20 qazandırıb.

Digər voleybolçularımız Polina Rəhimova 13, Tomkom Nutsara 7, Natalya Hanıkoğlu 6, İliyana Petkova, Cennifer Tamas hərəyə 4, Martina Nosekova, Yana Matiasovska hərəyə 2, Aynur Kərimova və Oksana Kiselyova hərəyə 1 dəfə rəqibi cəzalandırmağı bacarıblar.

“Salo”nun heyətində isə Tatsiana Lapuxina 15 dəqiq zərbə ilə komandasının ən güclüsü olub.

Qeyd edək ki, hər 2 görüşdə finləri məğlub edən “Azərreyl” yarımfinala vəsiqə qazanıb.
0