“Rabitə” “Dördlər finalı”nda!
03.03.2011 - 18:17
Bakının “Rabitə” klubu Çempionlar Liqasının “Dördlər finalı”na vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu bu uğura Polşanın “Bank BPS Fakro” üzərində qazandığı layiqli qələbə sayəsində imza atıb.
Dejan Brdjoviçin yetirmələri ilk qarşılaşmada olduğu kimi bu dəfə də rəqibə heç bir şans verməyiblər. Onlar növbəti dəfə “Bank BPS Fakro”nu quru hesabla məğlub ediblər.
Belə ki, ilk seti 25:20 hesabı ilə aktivinə yazan “Rabitə” növbəti hissədə 25:19 hesabı ilə qələbə qazanıb. III setdə isə voleybolçularımız 25 xalın əvəzində rəqibə yenidən 19 xal güzəştə gediblər. Beləliklə, hər 2 matçda 3:0 hesabı ilə qalib gələn Bakı komandası 4 xoşbəxt sırasına yüksəlib.
“Rabitə”nin yarımfinalda rəqibi isə çox güman ki, İtaliya “Skavolini”si olacaq. İlk matçda səfərdə İsveçrə “Volero”sunu 3:1 hesabı ilə məğlub edən həmyerlimiz Natəvan Qasımovanın komandasının bu üstünlüyü əldən verəcəyi inandırıcı görünmür. Oyun bu gün gecə saatlarında keçiriləcək.
II pley-off mərhələsi
Cavab oyunu
“Rabitə” - “Bank BPS Fakro” - 3:0 (25:20; 25:19; 25:19)
Hakimlər: Ritvars Alksnis (Latviya), Yuri Bakunoviç (Belarus).
“Sərhədçi” Olimpiya Mərkəzi.

0
0