“Onun anası xərçəng xəstəliyinə tutulduğu üçün heyətdə yer almamışdı”
03.03.2011 - 13:25
“Əsas hədəfə doğru uğurla irəliləyirik. Fikrimcə, cari mövsümdə komandanın əvvəlki şöhrətini özünə qaytaracağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Azərreyl” voleybol klubunun baş məşqçisi Vüqar Əliyev deyib.
Paytaxt təmsilçisi “Çelenc Cup” turnirinin finalına yüksəlmək üçün Rusiyanın adlı-sanlı “Uraloçka” kollektivi ilə qarşılaşacaq. Əliyevin sözlərinə görə, artıq yarımfinala vəsiqəni rəsmiləşdirən komandası rəqibin nüfuzundan çəkinmir: “Biz öz oyunumuzu oynayacağıq. Çünki çempion olmaq üçün mütləq rəqibi məğlub etməliyik. İnanıram ki, komanda bunu bacaracaq. Düzdür, 1/4 finalda səfərdə “Salo” ilə oyun çətin keçdi. Amma Bakıda sübut etdik ki, rəqibdən çox güclüyük. Onların belə asan təslim olmasında kapitanları Virciniya De Karnenin Bakıya gəlməməsi də mühüm rol oynadı. Onun anası xərçəng xəstəliyinə tutulduğu üçün heyətdə yer almamışdı. Bunu xatırlatmaqla məqsədim “Uraloçka” ilə də oyunun çətin alınacağını bildirməkdir. Lakin biz 4 aydır ki, “Çelenc Cup”ın qalibi olmaq üçün əziyyət çəkirik. Bu əziyyəti boşa vermək fikrimiz yoxdur. Rəqibi yüksək qiymətləndirdiyimizdən, qarşıdakı oyuna daha ciddi hazırlaşacağıq”.
Ötən ilin oktyabrında Bakıda keçirilən beynəlxalq turnirdə “Azərreyl” “Uraloçka”ya qalib gəlmişdi: “Həmin görüşü unutmaq lazımdır. Çünki həmin vaxt biz 2 ay öncə məşqlərə başladığımız halda, rəqib yeni toplaşmışdı. Voleybolçular arasında anlaşma lazımı səviyyədə deyildi. Yevgeniya Estes (Artamonova) zədəli idi, oyunda iştirak etmirdi. İndi isə əla səviyyədədir və komanda da çox gücləniblər”.
“Uraloçka”nın Çempionlar Liqasında həmişə “Azərreyl”lə oyunu çox çətin keçib. Bunun üçün Vüqar Əliyev həmin oyunlarda komandanı çalışdırmış və hazırda yığmamızın təcrübəli baş məşqçisi Faiq Qarayevdən məsləhət alacağını bildirib: “Faiq müəllim çox təcrübəli məşqçidir. O, voleybolun bütün xırdalıqlarını bilir. Bunun üçün ondan bir sıra məsləhətlər alacağam. Bundan əvvəlki mərhələlərdə də onun köməyindən istifadə etmişəm”.
Qeyd edək ki, “Azərreyl” Rusiya klubu ilə ilk oyunu evdə, cavab matçını isə səfərdə keçirəcək.

0
0