Natalya Məmmədova: Əvvəlcədən nəsə demək çətindir
03.03.2011 - 14:45
“Səfərdə 3:0 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, cavab görüşünün nəticəsi barəsində əvvəlcədən nəsə demək çətindir”. Apasport.az saytının məlumatına görə, bu sözlər Bakının “Rabitə” klubunun voleybolçusu Natalya Məmmədovaya məxsusdur.
Kapitan bu gün Çempionlar Liqasının II pley-off mərhələsinin cavab görüşündə Polşanın “Bank BPS Fakro” ilə keçiriləcəkləri matçda “Dördlər finalı” üçün döyüşəcəklərini bildirib: “Sərt mübarizə gedəcək. Rəqib sonacan döyüşəcək. Lakin biz bütün gücümüzü səfərbər edərək dueldən qalib ayrılmaq istəyirik. Çünki əsas hədəfimiz “Dördlər finalı”na yüksəlməkdir”.
Qeyd edək ki, “Rabitə” - “Bank BPS Fakro” qarşılaşması saat 17:00-da start götürəcək.

0
0